
"EMEDIA GROUP” un təşkilatçılığı və “QAFQAZ BAKI SAHİL HOTEL” in dəstəyi ilə Xocalı soyqırımının 27-ci il dönümünə həsr olunmuş anım gecəsi keçirilmişdir.
Tədbirdə Xocalıda rəhmətə gedənlərin ruhu 1 dəqiqəlik sükutla yad edilərək. Xüsusi hazırlanmış video çarx ilə açılış edildi. Tədbiri “EMEDIA GROUP” un sədri Elşən Əliyev giriş sözü ilə açlış edərək Xocalı soyqırımının 27-ci ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir.
Hər il bu faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən qeyd olunur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Kompaniyanın əsas məqsədi Xocalı Qətliyamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını bildiridi.
Tədbirdə Millət Vekillərindən Jalə Əliyeva, Elman Nəsirov, Sona Əliyeva, Dilarə Cəbrayılova, Azerbaycan Dövlet Musiqili teatrın direktoru Əliqismət Lalayev, QAFQAZ BAKI SAHİL HOTEL in direktoru Atilla Çetinbaş, Arzu Umut, Xocali faciesinin canli şahidlerinden olaraq şücaet ve qehremanliq gösteren "XOCALI SOYQIR TANITIM" Ictimai Birliyinin nezaret teşviş komitesinin sedri Qarabağ qazisi, polkovnik-leytenant Zahid Qarayev, Milli Qehreman "Asif Fred Meherremov" adina Inkişaf Fondunun sedri II dereceli Qarabağ qazisi mayor Edalet Meherremov, Milli Qehreman -Şehid Çingiz Qurbanovun qardaşi Beydulla Qurbanov, Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev, İHA –nın Bakı üzrə rəhbəri Kamil Nadirli, Qarabağ qazisi Anar Memmedov, QHT rəhbərli, Xalq artisti Flora Kərimova, KIV nümayendeleri və s. iştrak etmişdir.
Tədbirin aparıcılar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Rada Nəsibova və Elnur Qədirov idi.
Tədbirdə: emekdar artist Aybeniz Heşimovanin rejissorluğu ile Xocali Soyqirimina hesr olunmuş klip, Coşqun Viləşin ifasında Xocalıda olan real hadisələrin əsasında hazırlanmış video klip, Sevinc Tofiqqızının bəstəsində Xocalı kompozisiyası tədbirdə nümayiş olundu.
Təşkilatı dəstək: QAFQAZ BAKI SAHIL HOTEL
Tədbirin Koordinatoru: Lalə Qəzənfər
Tədbirin hüquqşunası: Fərid Mikayılov
Fotoqraflar: Rüstəm Fərmanoğlu, İlqam Cəbiyev
Video çarxlar və qrafiki xidmət: “ALİOĞLU” Media Group (Amil Alioğlu, Firdovsi A.Nəbiyev)